"Lion" iki aparıcı futbolçusunu itirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Liqa1-in XVIII turunda "Renn"lə görüşdə yarımmüdafiəçi Ceff Reyne-Adelayde və hücumçu Memfis Depay zədələnib.

Hər iki futbolçu diz nahiyəsindən xəsarət alıb. Onların durumunun ağır olduğu bildirilir. Forvardın sol diz çarpaz bağlarının yırtılması diaqnozu qoyulub. Yarımmüdafiəçidə də bənzər problemdi. Hər iki futbolçunun bərpası 6 ay çəkə bilər. Bu isə o deməkdi ki, kapitan Depay gələn yay keçiriləcək Avropa çempionatında Hollandiya yığmasından kənarda qala bilər.

Qeyd edək ki, Memfis Depay bu mövsüm klubun heyətində 14 qol, 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest