"Sabah"ın hücumçusu Rocer Roxas komandasını dəyişməyə hazırlaşır. Bu barədə kolumbiyalı jurnalist Xulian Kapera tvitter hesabı vasitəsilə məlumat yayıb. Onun sözlərinə görə, venesuelalı forvard karyerasını Kolumbiyada davam etdirəcək. Həmkarımız Roxasın "Deportes Tolima" klubu ilə 1 illik müqavilə bağlayacağını iddia edib.

"Sabah"ın hücumçusu Rocer Roxas komandasını dəyişməyə hazırlaşır. Matc.az saytı xəbər verir ki, bu barədə kolumbiyalı jurnalist Xulian Kapera tvitter hesabı vasitəsilə məlumat yayıb.

Onun sözlərinə görə, venesuelalı forvard karyerasını Kolumbiyada davam etdirəcək. Belə ki, həmkarımız Roxasın "Deportes Tolima" klubu ilə 1 illik müqavilə bağlayacağını iddia edib.

Qeyd edək ki, Rocer Roxas "Sabah"a bu ilin yayında Kosta-Rika klubu "Alaxuelense"dən keçib. 29 yaşlı oyunçunun bakılılarla müqavilə müddəti mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest