Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Səbail"lə ilk görüşü 4 debütlə əlamətdar olub. Matc.az xəbər verir ki, dörd futbolçu "Zirə"nin heyətində ilk kubok görüşünə çıxıb. Bunlar Elvin Camalov, Alvaro Ampuero, Miloş Bakraç və Nicat Süleymanovdu.
 
Bununla da turnirdə "qartallar"ın şərəfini qoruyan oyunçuların sayı 82-yə çatıb. 0:0 hesabı ilə başa çatan bu görüşədək 78 futbolçu kubok görüşlərində "Zirə"nin formasını geyinmişdi.
 
Qeyd edək ki, 1/8 final mərhələsinin "Qaradağ-Lökbatan"la oyununda (4:0) 9 futbolçu "Zirə"də ilk kubok matçına çıxmışdı. Bunlar Tapdıq Əhmədov, Kənan Cəfərov, Cəlal Hüseynov, Robin Nqalande, Rafael Məhərrəmli, Orxan Sadıqlı, Anastasios Papazoğlu, Soni Norde və İbrahim Aslanlı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest