"Ayaks" futbol üzrə Niderland çempionatının 17-ci turunda "Alkmaar"a məğlub olub – 0:1. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, son üç oyunda meydanı qol vurmadan və məğlub tərk edən Amsterdam təmsilçisi antirekordunu təkrarlayıb. 
 
Belə ki, "Ayaks" sonuncu dəfə 1956-cı ildə ardıcıl üç oyunda qol vurmadan məğlub olmuşdu.
 
"Ayaks" son üç oyunda "Villem"ə 0:2, "Valensiya"ya 0:1 və "Alkmaar"a 0:1 hesabıyla uduzub.
 
Son məğlubiyyətlərə baxmayaraq, "Ayaks" hazırda 41 xalla Niderland Erediviziyasında liderdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest