"Bərabər səviyyəli ikitərəfli oyun gedirdi. Sadəcə, ikinci yarıda topa daha çox nəzarət etməyə başladıq. Sonda isə qol vurub, ilk oyundan sonra yaxşı əhval-ruhiyyə ilə cavab matçına hazırlaşacağıq. Buna baxmayaraq, bu nəticə heç nə demək deyil. 1:0 elə də böyük fərq deyil. üç gün vaxtımız var. Artıq ikinci oyuna hazırlaşmaq lazımdı".

Matc.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Mahir Emreli Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

22 yaşlı hücumçu eyni rəqiblə həm çempionatda, həm də ölkə kubokunda bir həftə ərzində qarşılaşmalarına da münasibət bildirib: "Belə oyunlara köklənmək bir az çətin olur. Amma düşünmək lazımdı ki, əlimizdə olan budu və bu bizim işimizdi. Heç bir bəhanə uydurmalı deyilik. çıxıb öz matçımızı oynamalıyıq. Qələbə qazanmağımıza baxmayaraq, şanslar bərabərdi. Bizim və ya rəqibin üstün olduğunu deyə bilmərəm".

Emreli "sizin fikrinizcə, 2019-cu ildə Azərbaycanın ən yaxşı futbolçusu kim seçilməlidi", - sualına belə cavab verib: "Bu barədə nəsə demək istəmərəm. Kimi layiq görürlərsə, ona da qismət olsun".

ötən mövsüm Premyer Liqanın bombardiri olan forvard cari mövsümdə stabil çıxış etməməsindən də söz açıb: "üç dəfə ardıcıl zədə aldım. Bu isə məni bir az geri saldı. çalışacağam ki, növbəti ildə daha yaxşı formada olum. Təlim-məşq toplanışında hazırlaşacağam. İnanıram ki, fasilədən sonra daha çox formada olacağam".

Azərbaycan millisinin də formasını geyinən futbolçu yığma komandadakı baş məşqçi məsələsinə toxunub. O, yığmaya namizəd olan Robert Prosineçki barədə də danışıb: "Prosineçkinin dövründə də komanda yaxşı futbol göstərirdi. Ən azı hər kəsə qarşı başabaş oynayırdıq. Baş məşqçi kim olacaqsa, hər bir oyunçu milli üçün canını qoymalıdı. Bu məsələyə rəhbərlik qərar verəcək. Bu barədə bizə söz düşməz. Mən də istəyərəm ki, Prosineçki qayıtsın".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest