UEFA İcraiyyə Komitəsinin 2014-cü ildə qəbul etdiyi qərara uyğun olaraq, çempionlar Liqasında və Avropa Liqasında 2018/19-cu il mövsümündə iştirak etmiş klubların arasında Financial Fair Play (FFP) qaydalarına əməl edilməməsi səbəbindən tutulan vəsaitin paylanması mexanizminə əsasən, FFP qaydalarına əməl edilməməsinə görə 2018/19 mövsümündə tənzimləmə müqaviləsi bağlanmış və FFP intizam cəzasına məruz qalan klublar istisna olmaqla, bütün vəsaitin UEFA-nın klub yarışlarında iştirak edən digər klublara yenidən bölüşdürülməsi qərara alınıb.

Matc.az xəbər verir ki, məbləğin 80%-i çempionlar Liqasının və ya Avropa Liqasının qrup mərhələsində oynayan klublara, 20%-i isə hesablaşma müqavilələri imzalayan klublar istisna olmaqla, seçmə mərhələləri adlaya bilməmiş klublara bərabər hissələrlə paylanıb.

Müvafiq klublarımız üçün UEFA tərəfindən ayrılmış 73 min 170 avro vəsait AFFA-nın vasitəsilə klubların  hesabına köçürülüb: "Qarabağ" – 54 min 120 avro, "Keşlə" – 6350 avro, "Qəbələ" – 6350 avro, "Neftçi" – 6350 avro.

Qeyd: "Keşlə" üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest