"Atletiko" qapıçı Yan Oblakı komandada saxlamaqda israrlıdı. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Madrid təmsilçisi növbəti dəfə 25 yaşlı qolkiperə yeni müqavilə təklif edəcək.

ötən mövsümün sonunda və cari mövsümün əvvəlində yeni sözləşməyə razılıq verməyən Sloveniya millisinin üzvünə bu dəfə astronomik məbləğ təklif olunacaq. Belə ki, Oblak "hə" deyəcəyi təqdirdə, dünyanın ən yüksək ödənişli qapıçısına çevriləcək.

Qeyd edək ki, Yan Oblakın "Atletiko" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest