Futbol üzrə klublararası dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün turnirin ilk finalçısı bəlli olub.
 
Belə ki, ilk yarımfinal matçında Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası KONMEBOL-da çempion olmuş "Flamenqo"yla (Braziliya) qarşılaşıb. Braziliyalılar bu görüşdə 3:1 hesabıyla qalib gələrək finalda oynamaq hüququ qazanıblar.
 
Bu gün həm də Qətərin "Əl Sədd" klubu ilə "Esperans" (Tunis) 5-ci yer uğrunda üz-üzə gəlib. 6:2 hesabıyla qalib gələn tunislilər mundialda 5-ci yeri tutublar.
 
Digər yarımfinal görüşü dekabrın 18-də UEFA çempionlar Liqasının qalibi "Liverpul" (İngiltərə) ilə "Monterrey" arasında baş tutacaq.
 
Klublararası Dç dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici görüşü Qətərin paytaxtı Dohada yerləşən "Education City" stadionunda baş tutacaq. Final görüşü ilə yanaşı, 3-cü yer uğrunda oyun da məhz "Education City" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest