21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Matç.az saytı xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Ukrayna ilə qarşılaşıb.

AVRO-2019-un seçmə mərhələsindəki uğursuz çıxışdan sonra artıq növbəti sınağa hazırlaşan millimiz bu oyunda da məğlub olub.

Komandamız minimalhesablı məğlubiyyətə üzülüb.

Qeyd edək ki, millimiz noyabrın 19-da Zenitsa səhərində Bosniya və Herseqovina ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

 

Yoldaşlıq oyunu
15 noyabr
Azərbaycan U-21 – Ukrayna U-20 - 0:1

"Dalğa Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest