Türkiyənin "Trabzonspor" klubunun azarkeşlərindən biri sosial şəbəkə hesabında "Neftçi"nin braziliyalı yarımmüdafiəçisi Dario Federiko ilə bağlı maraqlı paylaşım edib. Matc.az xəbər verir ki, Muhittin Uzun adlı azarkeş klub rəhbərliyinə braziliyalı futbolçunu transfer etmələrini məsləhət görüb:

"28 yaşlı Dario Federiko Da Silva Azərbaycan Premyer Liqasında, "Neftçi"də çıxış edir. Sağ və sol cinahda, 10 nömrə mövqeyində çox faydalıdı. Texnikalıdı, təkbətək epizodlarda uğurludu. Transfer dəyəri 850 min avrodu. "Trabzonspor"da Neymar effekti verər".

Muhittin Uzun paylaşımında hətta sözügedən klubu və "Trabzonspor"un prezidenti Ahmet Ağaoğlunu da etiketləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest