Almaniya Bunesliqasının XVI turu Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Leypsiq"lə keçirilən qarşılaşmada (3:3) dortmundluların qollarından birinə məhz Sanço imza atıb.

Bununla o, Bundesliqa tarixində 22 qol həddinə çatan ən gənc futbolçu olub. İngiltərə millisinin üzvü buna 19 yaş 267 günlüyündə nail olub. Ona qədər rekord Horts Koppelsə məxsus idi. Keppels 1968-ci ildə çempionatda 22-ci qolunu vuranda 19 yaş 269 günlüyündə idi.

Qeyd edək ki, Ceydon Sanço cari mövsüm Bundesliqada 9 qol, 9 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest