Azərbaycan millisinin qapıçısı Emil Balayev Türkiyəyə yollanıb. Bu barədə məlumatı qolkiperin müqavilə ilə məxsus olduğu "Tobol" klubunun mətbuat xidməti yayıb. Bildirilir ki, 25 yaşlı oyunçu tibbi müayinə üçün qonşu ölkəyə gedib.

Azərbaycan millisinin qapıçısı Emil Balayev Türkiyəyə yollanıb. Matc.az saytı xəbər verir ki, bu barədə məlumatı qolkiperin müqavilə ilə məxsus olduğu "Tobol" klubunun mətbuat xidməti yayıb.

Bildirilir ki, 25 yaşlı oyunçu tibbi müayinə üçün qonşu ölkəyə gedib. O, Türkiyə klinikalarından birində profilaktik proseduralardan keçib: "Qapıçıların yüklənmələrinin və məşqlərinin xüsusiyyətləri sahə oyunçularının təlimindən bir qədər fərqlidi. Bu proses Emilin təlim-məşq toplanışına yaxşı formada hazırlaşmasına və növbəti mövsüm müəyyən zədələrin qarşısını almağa kömək edəcək".

Qeyd edək ki, Emil Balayevin "Tobol"la müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest