"Bavariya" ciddi itki ilə üzləşib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Hames Rodriges sıradan çıxıb.

Kolumbiya millisinin üzvü komandanın dünənki məşqində zədə alıb. Tibbi müayinədən sonra onun sol diz yan bağlarında yırtıq aşkarlanıb. 27 yaşlı futbolçunun müayinəsinə 10 gün dincəldikdən sonra start veriləcək.

Həkimlər dəqiq vaxt deməsələr də, Hamesin bir neçə həftə komandaya kömək edə bilməyəcəyini açıqlayıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest