Hollandiya millisinin məşqçilər korpusuna yeni şəxslər əlavə ediləcək. Matc.az xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.

Xəbərdə AVRO-2020-dən öncə Rud van Nistelroy və Marten Stekelenburqun baş məşqçi Ronald Kumanın rəhbərlik etdiyi məşqçilər korpusuna daxil olacağı bildirilir.

Hazırda "Everton"un futbolçusu olan Stekelenburq yaxın zamanda karyerasını bitirib, yeni işinin icrasına başlayacaq. Van Nistelroy isə hazırda PSV-nin akademiyasında çalışır və AVRO-2020-nin başlamasına az vaxt qalmış Eyndhoven təmsilçisindəki işindən ayrılıb, yığmaya gedəcək.

Hollandiya millisi AVRO-2020-nin C qrupunda Ukrayna və Avstriya ilə qarşılaşacaq. Bu komandaların sonuncu rəqibi Millətlər Liqasının D liqasının qalibi olacaq.

Qeyd edək ki, Rud van Nistelroy 70, Stekelenburq isə 58 dəfə Hollandiya millisinin şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest