"Zirə"nin 17 yaşadək futbolbolçulardan ibarət komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bakılılar Rusiyanın "Kazan" klubundan olan həmyaşıdları ilə qarşılaşıb.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
"Zirə"nin yeganə qolunun müəllifi Mirzəbəy Şahbazov olub.