"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı "Sumqayıt" klubu ilə cavab oyununun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, komanda bu gün "Bakcell Arena"da məşqə çıxıb. Hazırlığa sabah yekun vurulacaq.
 
Xatırladaq ki, dekabrın 20-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" – "Neftçi" oyununa saat 17:00-da start veriləcək. Bu komandalar arasındakı ilk görüşdə "ağ-qaralar" 0:1 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest