Bu heç-heçədən sonra hər iki komanda xal ehtiyatını 36-ya çatdırıb və zirvəni bölüşürlər. Sadəcə, "Barselona" əlavə göstəricilərə görə rəqibini qabaqlayır.

Bu gün futbol üzrə İspaniya La Liqasında 10-cu turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, "Barselona" əzəli rəqibi "Real"la qarşılaşıb. Kataloniyada baş tutan oyunda qapılara qol vurulmayıb.
 
Xatırladaq ki, bu oyun noyabrın sonlarında keçirilməli idi. Amma həmin vaxt Kataloniyadakı etiraz aksiyaları səbəbindən bu görüş də təxirə salınmışdı.
 
Bu heç-heçədən sonra hər iki komanda xal ehtiyatını 36-ya çatdırıb və zirvəni bölüşürlər. Sadəcə, "Barselona" əlavə göstəricilərə görə rəqibini qabaqlayır.

Sonda onu da qeyd edək ki, "el klasiko" tarixində son 17 ildə ilk dəfə bu iki komanda meydanı qol vurmadan tərk edib.
 
İspaniya La Liqası
10-cu turun oyunu
18 dekabr
 
Barselona - Real 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest