Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçirilir. Matc.az xəbər verir ki, bu gün ilk iki yarımfinalçı bəlli olub.
 
öncə "Zirə" ilə "Səbail" üz-üzə gəlib. Bu komandalar arasındakı ilk oyunda qapılara qol vurulmamışdı. Cavab görüşünün də əsas vaxtı qolsuz tamamlanıb. Yalnız əlavə vaxtda rəqib qapısına yol tapan "Zirə" yarımfinala yüksəlib.
 
Günün digər qarşılaşması "Sabah"la "Qəbələ" arasında baş tutub. Doğma meydanda 3 cavabsız qola sevinən əyalət təmsilçisi bu cütün aşkar favoritinə çevrilmişdi. Amma paytaxt təmsilçisi də sonadək mübarizə aparmağa çalışıb. Bütövlükdə beş qolun qeydə alındığı matçın sonunda "Qəbələ" səfərdə də qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin edib.
 
"Sumqayıt" – "Neftçi" və "Keşlə" – "Qarabağ" oyunları isə sabah baş tutacaq.
 
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
19 dekabr
 
"Sabah" – "Qəbələ" - 2:3
Qol: B.Mustafazadə, 62; 76 - D.Volkov, 22; 23. K.Bauk, 64.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
"Bank Respublika Arena"
İlk oyun – 0:3.

"Sabah": 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov

Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 97. Emil Qasımov, 20. Anar Panayev, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov

Baş məşqçi: Jelko Sopiç

"Qəbələ": 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı

Baş məşqçi: Azər Bağırov

 
"Zirə" - "Səbail" - 1:0
Qol: Xulio Sezar Rodriges, 105
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0.

"Zirə": 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov

Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodriges, 5. Anastasios Papazoğlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov

Baş məşqçi: Zaur Həşimov

"Səbail": 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 19. Ruslan Hacıyev, 3. Turan Manafov, 79. Əli Sadıxov

Baş məşqçi: Aftandil Hacıyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest