"Levski" "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevdən əl çəkmir. Matc.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, Sofiya təmsilçisi bununla bağlı dekabrın sonunu gözləyir.

"Levski"nin baş məşqçisi Peter Hubçev rəhbərliklə görüşərək, 3 transfer tələb edib. Onlardan 2-si artıq reallaşmaq üzrədi. Belə ki, "Beroe"nin müdafiəçisi Aleksandr Vasilyev və "Arda"nın hücumçusu Deyan Lozevlə danışıqlar müsbət yekunlaşıb.

Yarımmüdafiə xətti ilə bağlı hədəf isə Slavçevdi. Hubçev hər üç transferin qış toplanışı zamanı ixtiyarında olmasını istəyir. Ancaq problem orta sahə oyunçusunun "Qarabağ"la müqavilə müddətinin davam etməsidi. Sofiyalılar Slavçevi yalnız azad agent statusu kimi qəbul etməyə hazırdı. Bolqarlar Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra milli üzvü ilə bir daha təmasa keçəcək. Əgər Slavçev "Qarabağ"la müqaviləsini poza bilsə, "Levski" onu heyətinə qatacaq.

Qeyd edək ki, Simeon Slavçevin "Qarabağ"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest