Moskva "Spartak"ının iki futbolçusunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə klubun baş direktoru Tomas çorn məlumat verib.

O bildirib ki, yarımmüdafiəçilər Cano Ananidze və Ayaz Quliyevlə bağlı yeniliklər var. Ananizdze rəhbərlikdən başqa kluba keçmək üçün icazə istəyib. O ki qaldı Quliyevə, ruslar azərbaycanlı futbolçunun məsələsində tələsmirlər: "Quliyevin qalıb-qalmayacağı barədə danışmaq üçün hələ tezdi".

Qeyd edək ki, Ayaz Quliyev "Spartak"a bu il "Rostov"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest