"Komandanı sırf qələbəyə kökləyirdik. İlk oyundakı qələbəni unudub, bu oyuna kökləndik. Komandanın yaxşı forma yığdığı bir vaxtda Premyer Liqada fasilənin yaranmasına təəssüflənməyə dəyməz. Əksinə, daha yaxşı hazırlaşmaq üçün vaxtımız olacaq"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sabah"a qarşı keçirdikləri cavab oyununu (3:2, ilk oyun 3:0) şərh edib. Matc.az xəbər verir ki, o, səfərdə baş tutan matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
 
"İlk oyundakı uğurlu nəticədən sonra bu matçda da qələbəni gətirmək istəyirdik. Komandanı sırf qələbəyə kökləyirdik. İlk oyundakı qələbəni unudub, bu oyuna kökləndik. Komandanın yaxşı forma yığdığı bir vaxtda Premyer Liqada fasilənin yaranmasına təəssüflənməyə dəyməz. Əksinə, daha yaxşı hazırlaşmaq üçün vaxtımız olacaq. Əsas odu ki, komanda istədiyimizi edir. çalışacağıq ki, bu heyəti saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. 2 mövqeyi gücləndirmək istəyərdik. Mənim üçün əsas futbolçularımın tapşırıqları düzgün yerinə yetirməsidi. Məşqçi və ya baş məşqçi kimi olmağımın mənim üçün böyük fərqi yox idi. Əsas o idi ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi. Bəhlul Mustafazadənin dubl etməsinə yox, özümüzə görə sevinirəm. Komandanın 2 oyuna 6 qol vurması sevindirici haldı. İstədiyimiz də odu ki, matçın 60-70 faizini hücumda keçirək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest