Türkiyənin "Fənərbaxça" klubunun müdafiəçisi Sadık çiftpınar əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə, Türkiyə Super Liqasının 15-ci turunun "Sivasspor"la matçında (1:3) zədələnən 26 yaşlı müdafiəçinin dizindəki əməliyyatın uğurlu alındığı bildirilib və ona uğurlar arzulanıb.
 
Türkiyə mətbuatının məlumatına görə, çiftpınar mövsümün geridə qalan hissəsində forma geyinə bilməyəcək. Onun yay təlim-məşq toplanışına qədər sıraya dönməsi ehtimal olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest