Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki cavab qarşılaşması baş tutub.
 
öncə "Sumqayıt" "Neftçi"ni qəbul edib. Bu rəqibinə səfərdə 1:0 hesabıyla qalib gəlmiş sumqayıtlılar bu üstünlüklərini qorumağa, paytaxt təmsilçisi isə əzmkar qələbə qazanmağa çalışıb. Amma matç qolsuz başa çatıb və nəticədə növbəti mərhələyə "Sumqayıt" vəsiqə qazanıb.
 
Heyətlə bağlı ciddi problemləri olan, ilk oyunda minimal hesabla uduzan "Keşlə" isə "Qarabağ"la üz-üzə gəlib. Ağdam klubunun bu üstünlüyü əldən verməsi inandırıcı görünmürdü. Səfərdə də qalib gələn "Qarabağ" sonuncu yarımfinalçı olub.
 
Xatırladaq ki, daha öncə "Qəbələ" və "Zirə" yarımfinala vəsiqəni təmin etmişdi. Finala vəsiqə uğrunda məhz "Qəbələ" "Zirə" ilə, "Qarabağ" da "Sumqayıt"la mübarizə aparacaq.
 
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
20 dekabr
 
"Sumqayıt" – "Neftçi" - 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov.
Sumqayıt. "Kapital Bank Arena"
İlk oyun – 1:0.

"Sumqayıt": 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

"Neftçi": 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk, 26. ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 10. Dario Frederiko, 11. Evangelos Platellas, 77. Donald Gerye, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin

 

"Keşlə" – "Qarabağ" 1:3
Qol: X.Mahmudov, 67 - M.Emreli, 20. X.Romero, 40. T.Bayramov, 90+2.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov.
Bayıl. "ASCO Arena"
İlk oyun 0:1.

 
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 7. Tural Bayramlı, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 77. Elmir Rəhimzadə.
Baş məşqçi: Tərlan Əhmədov.

Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 4. Rahil Məmmədov, 17. Abdullah Zubir, 9. Xayme Romero, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 10. Dani Kintana, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 3. Aylton Silva, 21. Hacıağa Hacılı, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest