"Barselona"nın kapitanı Lionel Messi klubla müqavilə müddətini uzatmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bununla bağlı tezliklə danışıqlara start veriləcək.

32 yaşlı superulduzun meneceri yaxın günlərdə klub rəhbərliyi ilə bir araya gələcək. Görüş zamanı kataloniyalılar sözləşmənin daha 2 il müddətinə uzadılmasını təklif edəcək. Leo özü də bunda maraqlıdı.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest