"Sabah"ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ilk rəqib müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.
Paytaxttəmsilçisi toplanış çərçivəsində keçirəcəyi ilk yoxlama oyununda Macarıstanın "Pakş" komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 11-də baş tutacaq.
Qeyd edək ki, "Sabah" Türkiyənin Antalya vilayətinin Belek bölgəsində keçirəcəyi təlim-məşq toplanışında 4 yoxlama oyununda qüvvəsini sınayacaq.