"Hücumçularımızın hazırkı durumu bizi narahat edir. ön xətlə bağlı problemdən danışırıqsa, futbolçuların individual göstəricilərinə baxmaq lazımdı". Matç.az saytının məlumatına görə, bunu "Aue"nin baş məşqçisi Daniel Meyer deyib.

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi komanda II Bundesliqada aşağı sıralarda qərarlaşır. "Aue"nin ən az qol vuran komandalardan biri olması Meyeri yeni variantlara sövq edir.

"Bild"ə danışan çalışdırıcı Nazarovla bağlı da fikirlərini bildirib: "Dima son həftələr məşqlərdə çox fəaldı. Ancaq son zərbələrdə bəxti gətirmir. ümid edirəm ki, o, Azərbaycan millisinin heyətində beynəlxalq arenada özünəinamı bərpa edər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest