Onlar stabil çıxış edə bilmədiyindən baş məşqçi Manuel Pelleqrini yeni qapıçı axtarışında maraqlıdı. Bununla belə, "Bornmut" klubuna məxsus Beqoviçin taleyinə yaxın günlərdə aydınlıq gələcək.

"Qarabağ"dan ayrılmaq üzrə olan Asmir Beqoviç karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, bosniyalı qapıçı ilə "Vest Hem" maraqlanır. İngiltərə Premyer Liqasının 17 turundan sonra topladığı 19 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşan "Vest Hem"in heyətində hazırda 3 qapıçı - Lukaş Fabianski, Roberto və David Martin yer alır. Amma onlar stabil çıxış edə bilmədiyindən baş məşqçi Manuel Pelleqrini yeni qapıçı axtarışında maraqlıdı. Bununla belə, "Bornmut" klubuna məxsus Beqoviçin taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Xatırladaq ki, Beqoviç "Qarabağ"a Avropa Liqasındakı oyunlar üçün cəlb edilmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest