"Qarabağ"la yollarını ayıran Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, Slavçev "Levski"yə keçəcəyi iddiaları haqda da danışıb.

"Fakt budu ki, biz "Qarabağ"la qarşılıqlı razılaşaraq yolları ayırmışıq. Azərbaycanda legionerlər üçün məhdudiyyətlər var. Hər çempionat oyununda 21 yaşadək futbolçu 90 dəqiqə meydanda olmalıdı. Komanda artıq sadəcə, yerli çempionatda mübarizə aparır və oynamaq şansım aşağı düşmüşdü. İndi gələcəyə baxıram və yaxın zamanda qərar verəcəm" - deyə, Slavçev bildirib.

"Levski" haqda şərh vermək istəmədiyini vurğulayan futbolçu qeyd edib ki, karyerasını harada davam etdirəcəyini düşünür: "Təklif var, ancaq hələ tam bir qərar verməmişəm. Bolqarıstanda forma geyinmək də seçimlərimdən biridi. Hələ rəsmi təklif almamışam. Bolqarıstanda müəyyən klublarla danışıqlar apardım. Ancaq bunların adlarını çəkməyin düzgün olmadığını düşünürəm".

2018-ci ildən "Qarabağ"ın şərəfini qoruyan və hazırda azad agent olan Slavçevin adı "Levski" ilə hallanır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest