"Neftçi"nin Azərbaycan kubokunda mübarizəni dayandırması paytaxt klubunun azarkeşləri arasında böyük narazılıqla qarşılandı. Matc.az xəbər verir ki, "ağ-qaralar"ın fanatları sosial şəbəkə hesablarında baş məşqçi Roberto Bordinlə klub prezidenti Kamran Quliyevin cari mövsümdəki uğursuzluqlarda əsas pay sahibi olduqlarını düşünürlər.

Bunu "Neftçi" fanatlarının feysbukdakı ən böyük səhifələrində paylaşımlarından da görmək mümkündü. Məsələn, həmin səhifənin paylaşımlarından birində bunlar qeyd olunub: "Bir məşhur təmsil var: Ayı və şir. Bax indi həmin təmsili yaşadıq. Rəhbərlik və Bordinin qırışmasında kubok əldən getdi. Nəticə hər iki tərəfə sərf etmədi, amma hər iki tərəf sübut etmək istədi ki, günahkar sənsən. Olan isə bizə oldu. İnsanın şərəfi yoxdusa, onda insanlıq da olmaz".

"Neftçi"ni bu hala salanlar vicdansız insanlardı. Kimdi bunlar? Hər halda, yavaş-yavaş hər şeyin üstü açılır. Ya Bordin gedəcək, ya da onu gətirənlər. Biz Bordini "Neftçi"nin baş məşqçisi postunda görmək istəmirik. Bu şəxs bir məşqçi kimi "Neftçi" kimi klubun baş məşqçisi olmağa layiq deyil!"

Digər postda  "Neftçi" rəhbərliyinin Bordini istefaya göndərməkdə çətinlik çəkdiyi qeyd olunub: "Dostlar "Neftçi" rəhbərliyi, bütün kollektiv Roberto Bordinin işindən narazıdı. Artıq Bordin komandada bəzi şəxslərlə münasibətlərə son qoyub. Müqaviləsinin sonuna qədər klubda qalacağını bildirib. Bu barədə komanda rəhbərliyi təsisçilərə məlumat verib və cavab gözlənilir. Bordin hazırda ölkəsində dincəlir.

Təsəvvür edin ki, klubun daxilində istənilən şəxs bu insandan narazıdı və getməsini istəyirlər. Bordini göndərmək isə bizim klub prezidentinin səviyyəsini aşan məsələdi.

öz aramızdı, 2-3 uğursuz nəticə olanda yerli baş məşqçilər istefasını yazır, gedir, amma bu bacarıqsız baş məşqçi heç nəyi vecinə almır. Rəhbərlik ona, onunla davam etmək istəmədiyini bildirib, özü də bilir ki, ilk dövrədən sonra artıq ondan üz döndərilib. Amma müqaviləsinin sonuna qədər qalmaq fikrində olduğunu bildirib. Artıq Bordinin qovulması Kamranın səviyyəsini keçib. Görək yaxın günlərdə hansı qərar çıxır. Hələ ki, SOCAR-dan gələcək cavabı gözləyirik. Həm klub, həm də azarkeş səhiyyəsində. Görək təsisçilər hansı cavabı verir. Ya Bordin gedəcək, rəhbərlik qalacaq, ya da əksinə, rəhbərlik gedəcək, Bordin qalacaq. 3-cü variant isə heç bir halda bizi qane etmir. Hər ikisinin qalması variantı komandanı fiaskoya aparacaq".

Elə bu postların altında azarkeşlər tərəfindən yazılan şərhlərdə də "Neftçi"də rəhbərliyin dəyişməsi tələb olunur:

Elsaf Kərimov: "Bir Bordin getməklə iş düzələn deyil, Kamran da getməlidi".

Rasim Malikov: "Azarkeşlər klubun bazası qarşısında etiraz aksiyası keçirməlidi. Kamranın, Bordinin istefasını tələb etməliyik. Artıq başqa variantımız qalmayıb".

Tural Abbasov: "Bu məşqçidə, bunu "Neftçi"yə gətirənlərdə üz gördüm. Bu qədər tənqidlərə rəğmən, hələ də nəyəsə ümid arzusu ilə komandanı məhv edirlər".

Ayət Nəhmədov: "Siz əminsiz ki, Bordin getsə, "Neftçi" düzələcək? Bordin gedəcək, yenə öz mənfəətlərinə uyğun birini gətirəcəklər. Ona görə də "Neftçi"də bütün rəhbərlik dəyişməlidi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest