Futbol üzrə İtaliya Super Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, bu titul uğrunda A Seriyasının sonuncu qalibi "Yuventus"la İtaliya kubokunun sahibi "Latsio" qarşılaşıb.
 
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutan qarşılaşmada qapılara bütövlükdə dörd qol vurulub. 3:1 hesabıyla qalib gələn "Latsio" Super Kuboku muzeyinə götürüb.
 
Paytaxt klubu beşinci dəfə bu titula sahib çıxır. "Latsio" daha öncə 1998, 2000, 2009 və 2017-ci illərdə də oxşar uğura imza atıb.
 
İtaliya Super Kuboku
22 dekabr
 
Yuventus – Latsio 1:3
Qollar: Dibala, 45 – Luis Alberto, 16. Luliç, 73. Kataldi, 90+4.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest