Futbol üzrə Portuqaliya Liqa Kubokunda qrup mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Pasuş de Ferreyra" da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda qrup lideri "Braqa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 1:4 hesabıyla məğlub olub.
 
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
 
Yarımfinala yalnız qrup qalibləri vəsiqə qazandığından, bu sevinci "Braqa" yaşayıb. "Pasuş de Ferreyra" isə 4 xalla ikinci olub və mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest