Klublararası Dünya çempionatında maraqlı hadisə baş verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, finalda "Flamenqo" üzərində 1:0 hesablı qələbə qazanan "Liverpul" tarixində ilk dəfə bu titula sahib çıxıb.

Ancaq qarşılaşmadan sonra "qırmızılar" çempionluq sevincini yaşaya bilməyib. Məsələ burasındadı ki, baş məşqçi Yurgen Klopp və futbolçular təxminən 1500 km məsafəni qət edərək oyunu izləməyə gedən "Liverpul" fanatları olan tribunalara yaxınlaşmaq istəyib. Lakin FIFA nümayəndələri qaçış zolağında onların qarşısını kəsərək, təhlükəsizliyin qorunması üçün buna imkan verməyiblər.

Ali futbol qurumu nümayəndələrinin bu addımı İngiltərə klubunun narazılığı ilə qarşılanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest