"Səbail"də vəziyyətin pis olması əsas futbolçuların bir-bir oranı tərk etməsi ilə nəticələnir. Matc.az xəbər verir ki, artıq Rahid Əmirquliyev də özünə yeni komanda tapıb.

Yarımmüdafiəçi "Keşlə" ilə anlaşıb. Tərəflər arasında razılıq əldə olunub. Lakin Əmirquliyevin "Səbail"lə daha 6 aylıq müqaviləsi olduğu üçün futbolçu klub rəhbərliyi ilə danışıq masasına oturacaq. Amma bu məsələdə problem olmamalıdı. Bütün yüksək ödənişli futbolçularla ortaq məxrəcə gəlmək "dənizçilər"in də marağındadı. Ağabala Ramazanovun "Zirə"yə gedişi də bunu göstərir.

Qeyd edək ki, "Səbail" buna qədər Ağabala Ramazanov və Elvin Yunuszadə ilə yollarını ayırıb. Futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest