Qətərin paytaxtı Dohada keçirilən ağır atletika üzrə 6-cı Qətər Beynəlxalq Kuboku başa çatmaq üzrədi. Matc.az xəbər verir ki, Tokio-2020 olimpiya oyunlarına lisenziya xarakterli olan bu yarışda Azərbaycan yığmasının üzvləri də iştirak ediblər.
 
Onlardan son olaraq Əliş Nəzərov körpücük üzərinə çıxıb. O, 109 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz toplam 327 kq (145+182) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest