UEFA-nın keçirdiyi yarışlarda 1955-2019-cu illər aralığında ən çox reytinq xalı toplayan klubların adları açıqlanıb. 30 komandanın yer aldığı siyahıda lider "Real"dı. Madrid təmsilçisi 600 xalla 1-ci sırada yer alıb. "Real" bu dövr ərzində Çempionlar Liqasında 13 kubok qazanıb.

UEFA-nın keçirdiyi yarışlarda 1955-2019-cu illər aralığında ən çox reytinq xalı toplayan klubların adları açıqlanıb. Matc.az xəbər verir ki, 30 komandanın yer aldığı siyahıda lider "Real"dı.

Madrid təmsilçisi 600 xalla 1-ci sırada yer alıb. "Real" bu dövr ərzində çempionlar Liqasında 13 kubok qazanıb. UEFA-nın hazırladığı reytinq siyahısında 2-ci "Bavariya", 3-cü isə "Barselona"dı. Münhenlilərin 474, kataloniyalıların isə 446 xalı var.

Siyahıda Türkiyənin "Qalatasaray" klubu da yer alıb. 157 xalı olan "cim-bom" 23-cü sıradadı.

 

İlk "10-luq"

1. "Real" (İspaniya) – 600

2. "Bavariya" (Almaniya) – 474

3. "Barselona" (İspaniya) – 446

4. "Mançester Yunayted" (İngiltərə) – 374

5. "Yuventus" (İtaliya) – 349

6. "Milan" (İtaliya) – 314

7. "Liverpul" (İngiltərə) – 289

8. "Benfika" (Portuqaliya) – 287

9. "Portu" (Portuqaliya) – 277

10. "Ayaks" (Hollandiya) – 266

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest