Ağdamlılar yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək. Futbolçular gələn ayın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

"Qarabağ"ın qış təlim-məşq toplanış planı məlum olub. Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Ağdamlılar yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək. Futbolçular gələn ayın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. Rəqiblər də artıq məlumdu. ölkə çempionu yanvarın 18-də Rumıniyanın "Akademika Klinkeni", 22-də Qazaxıstanın "Jetisu", 25-də çexiyanın "Siqma" və Polşanın "Visla Plok" klublarıyla qarşılaşacaq.

Yanvarın 26-da "Qarabağ" Bakıya dönərək fevralın 2-də baş tutacaq "Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest