Qış fasiləsində "Keşlə"də ilk ayrılıq reallaşıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Paytaxt təmsilçisi qapıçı Şahin Zəkiyevlə vidalaşıb. Heç cür əsas komandaya düşə bilməyən 20 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Gənc qapıçının sözləşməsi mövsümün sonuna qədər idi.

Qeyd edək ki, "Keşlə" "Bunyodkor" klubundan Şohruh Qadoyevi transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest