İspaniyanın "Leqanes" klubu yarımmüdafiəçisi Xavyer Avileslə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçunun yeni müqaviləsi 2023-cü ilin yayına qədərdi.
Aviles "Leqanes"də ötən mövsüm debüt edib. Bu mövsüm isə o, La Liqa çərçivəsində cəmi bir oyuna çıxıb.