Türkiyənin "Beşiktaş" klubu qış fasiləsində heyətlə bağlı ciddi islahatlara hazırlaşır. Matc.az xəbər verir ki, cari mövsümdə qeyri-sabit çıxışı ilə seçilən, Avropa Liqasında qrupdan çıxa bilməyən İstanbul təmsilçisi bu qış 4 futbolçusu ilə vidalaşmaq qərarına gəlib.
 
Türkiyə mətbuatının yaydığı məlumata görə, məşqçilər korpusu Oğuzhan özyakup, Tayler Boyd, Orkan çınar və Muhayer Oktayla yolları ayıracaq. Onlar mövsümün geridə qalan hissəsində ümidləri doğrultmayıblar. Sözügedən futbolçular ya satılacaq, ya da icarəyə veriləcək.
 
16 oyunda forma geyinən Oğuzhan cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. 12 oyuna çıxan Boyd 2 qola imza atıb. Muhayer oynadığı 3 matçda 1 qol ötürməsi verib. Orkan isə meydana çıxdığı 5 oyunda ümumiyyətlə heç nə ilə yadda qalmayıb.
 
Oğuzhan və Orkanın "Beşiktaş"la müqaviləsinin müddəti 2022-ci ilin yayına, Muhayer və Boydun anlaşması isə 2023-ün yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest