Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq görüşü keçirilməsi ilə bağlı xəbərə AFFA münasibət bildirib. Assosiasiya hazırda danışıqların davam etdiyini vurğulayıb. Xəbərdə bildirilir ki, yoldaşlıq görüşü ilə bağlı AFFA və Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparılır.

Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq görüşü keçirilməsi ilə bağlı xəbərə AFFA münasibət bildirib. Matc.az xəbər verir ki, assosiasiya hazırda danışıqların davam etdiyini vurğulayıb.

Xəbərdə bildirilir ki, yoldaşlıq görüşü ilə bağlı AFFA və Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparılır. Qarşılaşmanın gələn ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlamasında mayın 26-da Azərbaycan millisi ilə Antalyada üz-üzə gələcəklərini söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest