Son illərdə futbolçuların böyük ölçüdə axın etdiyi çində legionerlərin qazancına limit tətbiq olunmağa başlayıb. Matc.az xəbər verir ki, bu barədə çin Futbol Federasiyası məlumat yayıb.
 
Belə ki, bundan sonra çində əcnəbi futbolçuların illik qazancı 3 milyon avrodan çox olmamalıdı. Bu, vergilər çıxılandan sonra nəzərdə tutulan məbləğdi.
 
Federasiya yerli futbolçular üçün də limit tətbiq edib. çinin öz futbolçularının illik qazancı isə 10 milyon yuandan (təxminən 1,29 milyon avro) çox olmayacaq.
 
Yeni qaydalar 2019-cu ilin 20 noyabr tarixindən sonra bağlanan müqavilələrə aiddi. Ondan əvvəl imzalanmış müqavilələrə isə əvvəlki qaydada əməl olunacaq. Bu, yerli oyunçulara aiddi.
 
Əcnəbi futbolçularda isə 2020-ci ilin 1 yanvar tarixindən sonrakı müqavilələr yeni qaydalarla tərtib olunacaq. Bu, indiyəqədərki müqavilələrə aid olunmayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest