Gələn ay Antalyaya təlim-məşq toplanışına yollanacaq "Sumqayıt"ın yoldaşlıq görüşündəki rəqiblərindən biri müəyyənləşib. "Arka" klubu Antalya toplanışı zamanı "Sumqayıt"la qarşılaşacaq. Yanvarın 18-də Türkiyəyə yollanacaq polşalıların ilk rəqibi ayın 21-də məhz "gənclik şəhəri" təmsilçisi olacaq.

Gələn ay Antalyaya təlim-məşq toplanışına yollanacaq "Sumqayıt"ın yoldaşlıq görüşündəki rəqiblərindən biri müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Bildirilir ki, "Arka" klubu Antalya toplanışı zamanı "Sumqayıt"la qarşılaşacaq. Yanvarın 18-də Türkiyəyə yollanacaq polşalıların ilk rəqibi ayın 21-də məhz "gənclik şəhəri" təmsilçisi olacaq. "Arka" eyni zamanda "Srvena Zvezda" (Serbiya), "Struqa" (Makedoniya) və "Lokomotiv"lə (Bolqarıstan) qarşılaşmalarda da gücünü sınayacaq.

Qeyd edək ki, "Sumqayıt" yanvarı 12-26-sı aralığında Antalyada toplanış keçirməyi və 4 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest