Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə məlumatı həmin ölkənin mətbuatı yayıb.

Yazılana görə, Vyetnamın yüksək liqa təmsilçisi "Nam Din" heyətinə yeni oyunçular cəlb edib ki, onlardan biri də "Proyssen"də çıxış edən Rüfət Dadaşovdu. Onunla yanaşı, braziliyalı Qabriel do Karmonun da transfer olunduğu vurğulanıb.

"Nam Din" Vyetnam çempionatında geridə qalan mövsümü 31 xalla 14 komanda arasında 11-ci sırada tamamlayıb.

Qeyd edək ki, "Proyssen"ə bu ilin yayında "Dinamo"dan keçən Rüfət Dadaşovun Münster klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest