"Rəqəmsal platforma zonasında məhdudiyyətlər olduğu üçün serialları izləmək çətindi. Məsələn, "Zodiak cəngavərləri" və ya mənim sevdiyim "Superçempionlar" serialına baxa bilmirəm". Matc.az saytının məlumatına görə, bunu "Keşlə"nin hücumçusu Lorenzo Frutos deyib.

Premyer Liqada yaranmış fasilədən istifadə edən paraqvaylı forvard ailəsinə baş çəkmək üçün ölkəsinə yollanıb. Orda yerli mətbuata müsahibə verən çempionatın bombardiri "Keşlə"dəki durumundan bəhs edib.

Frutos əvvəlcə bəzi problemlərdən söz açıb. Hətta başına gələn maraqlı bir hadisəni də danışıb: "Soyunma otağında olduqca rəsmidilər. Əksəriyyəti müsəlmandı və gündə beş dəfə namaz qılmaq adətləri var. Ancaq xarici mədəniyyətə də hörmət edirlər. Məsələn, Sezar Meza Kolli və Franko Floreslə birlikdə komandanın yeganə cənubi amerikalıları olduğumuzdan, oyunlardan əvvəl atmosferi canlandırmaq üçün musiqi qoşub oynayırdıq. İndi özləri bizdən xahiş edir ki, komandanı bir az ruhlandıraq. Bundan başqa, özümü ingilis dilində yaxşı idarə edirəm. Ancaq gündəlik həyatda bəzən qarışıqlıq yaranır. çünki orda hər kəs ingilis dilində danışmır. Məsələn, bir dəfə yoğurt almaq istədim, amma südlü qaymaq verdilər. çünki etiketdə yazılanı başa düşmədim".

30 yaşlı forvard Bakıya heyranlığını da dilə gətirib: "Bakı ölkənin bütün şəhərlərindən fərqlidi. Küçələrdən keçirsiniz və heç bir cinayət görmürsünüz. Küçələr gözəldi və bütün binalar... Bakı, həqiqətən də, dünyanın bir nömrəli şəhəridi. Bu, oynadığımız stadionlarda da belədi. Getdiyimiz, oynadığımız yerlər olduqca müasirdi. Mədəniyyət baxımından tam fərqli yer olsa da, hər şey əsl Avropasayağıdı. Orda yaxşı təşkilati işlər görə bilərsiniz".

Mövsümün ilk yarısında 6 qola imza atan Frutos boş vaxtlarında gizli bacarığı olan gitara ilə məşğul olduğunu deyib: "İstirahət günlərində komanda yoldaşlarımızla bir araya gəlirik. Sonra mən gitara çalıram, mahnı qoşuruq".

Forvard "Keşlə"nin əsas hədəfinin ölkə kubokunu qazanmaq olduğunu da sözlərinə əlavə edib: "Hazırda Premyer Liqada üçüncü yerdəyik. Bu cür davam etsək, hədəflərimizdən biri olan Avropa Liqasına vəsiqə qazanarıq. Əlbəttə ki, indi yalnız çempionat barədə düşünürük. çünki mövsümün hələ ikinci yarısı var. Əsas hədəf isə həmişə kubokdu".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest