Mövsümün ikinci yarısının planlarını cızmaqda davam edən "Sabah" daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, hücumçu Rocer Roxas paytaxt təmsilçisi ilə vidalaşıb. Mövsümün ilk yarısında ümidləri doğrultmayan honduraslı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Yayda Kosta-Rika klubu "Alaxuelense"dən transfer edilən Rocer Roxasın bakılılarla müqavilə müddəti cari mövsümün sonuna qədər idi.

Qeyd edək ki, "Sabah" buna qədər yarımmüdafiəçi Hendrik Ekşteynlə vidalaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest