"Ayntraxt"ın hücumçusu Luka Yoviç klubunu dəyişə bilər. Matç.az saytının "Bild"ə istinadən məlumatına görə, 20 yaşlı forvard "Bavariya"nın diqqət mərkəzindədi.

Münhenlilərin baş məşqçisi Niko Kovaç rəhbərliklə görüşündə 20 yaşlı oyunçunun alınmasını tələb edib. Dərhal hərəkətə gələn "Bavariya" bu transferi mövsüm başa çatmamış həll etmək niyyətindədi. Müqavilə ilə "Benfika"ya məxsus olan Serbiya millisinin üzvü "Ayntraxt"da icasə əsasında çıxış edir. Lakin klublar arasındakı anlaşmaya görə, frankfurtlular 8 milyon avroya onu birdəfəlik transfer edə bilərlər.

Qeyd edək ki, bu mövsüm 9 oyunda 9 qol vuran Luka Yoviç Bundesliqada bombardirlər yarışına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest