Azərbaycan millisinə qayıtması gözlənilən Robert Prosineçki daha bir təklif alıb. Xorvatiyalı mütəxəssis Türkiyədə çalışa bilər. Dünən Bülənt Uyqunla yollarını ayıran "Kayserispor" yenidən Prosineçkiyə "elçi düşüb".

Azərbaycan millisinə qayıtması gözlənilən Robert Prosineçki daha bir təklif alıb. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis bu ölkədə çalışa bilər.

Belə ki, dünən Bülənt Uyqunla yollarını ayıran "Kayserispor" yenidən Prosineçkiyə "elçi düşüb". Xəbərdə 50 yaşlı mütəxəssislə danışıqlara başlanıldığı da vurğulanıb. "Kayserispor" rəhbərliyi 2012-13 mövsümündə bu komandada uğurlu işi ilə diqqət çəkən Prosineçkinin kollektivi düşdüyü durumdan çıxara biləcəyini düşünür.

Qeyd edək ki, Robert Prosineçki son iş yeri olan Bosniya və Herseqovina yığmasından yeni ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest