Almaniya çempionu "Bavariya" daha bir futbolçusu ilə müqaviləsini yeniləyib. Matc.az xəbər verir ki, Münhen təmsilçisi bu dəfə 20 yaşlı yarımmüdafiəçisi Adrian Fayn ilə yeni anlaşma əldə edib.
 
Tərəflər 2023-cü ilin yayına qədər davam edəcək müqaviləyə imza atıblar. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.
 
Almaniyanın U-21 yığmasının üzvü olan Fayn ötən mövsüm "Yan Regensburq"da icarədə olub. Bu mövsüm isə o, ikinci Bundesliqada mübarizə aparan "Hamburq"da icarədə əsasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest