2018-19 mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına vəsait köçürülüb.

2018-19 mövsümünü əhatə edən  UEFA-nın "Həmrəylik ödəmələri və  uşaq futbolunun inkişafı" proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına vəsait köçürülüb.

Matc.az xəbər verir ki, UEFA-dan ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb. Siyahıda yalnız Avropa Liqasının qrupunda iştirak etmiş "Qarabağ" yoxdu.

 

"Neftçi" - 56,794.43 avro

"Səbail" - 56,794.43 avro

"Qəbələ" - 56,794.43 avro

"Zirə" - 56,794.43 avro

"Sumqayıt" - 56,794.43 avro

"Sabah" - 56,794.43 avro

"Keşlə" - 56,794.43 avro

 

Qeyd: "Keşlə" klubu üçün nəzərdə tutulmuş vəsait  klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest