Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev "Rostov"a qayıda bilər. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, Premyer Liqa təmsilçisi onun xidmətində maraqlıdı.

"Rostov" 23 yaşlı oyunçu uğrunda "Rubin"lə rəqabət aparacaq. Azərbaycanlı futbolçu özü də sabiq komandasına dönməkdə maraqlıdı. "Spartak"da əsas heyətə düşə bilməyən Quliyev baş məşqçinin planlarına daxil deyil.

Qeyd edək ki, Ayaz Quliyev 2018-19 mövsümünü icarə əsasında "Rostov"un heyətində keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest